6 nəfər dönərdən zəhərləndi, ikisi azyaşlıdı...
Dərc olunub:
22-03-2025, 18:26
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.
Avrasiya.net xəbər verir ki, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən, ikisi azyaşlı olmaqla 6 nəfərin dönərdən zəhərləndiyi bildirilib.
Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.