Ananın imtina etdiyi körpə Bakıya gətirilir

Ananın imtina etdiyi körpə Bakıya gətirilirTovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb, hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək.

Bu barədə Avrasiya.net-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən xəbər verilib.

Qeyd edilib ki, Tovuz rayonunda evdə tək qalan azyaşlı körpə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,Tovuz Rayon İcra Hakimiyyəti və DİN-nin rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb, körpənin həyat və sağlamlığı, təhlükəsizliyi üçün tədbirlərə başlanılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə verilən sorğu əsasında körpənin ailəsi ilə bağlı məlumatlar əldə edilib. Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir: “Hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı körpənin sağlamlığı ilə bağlı hər hansı bir təhlükə yoxdur. O, bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək”.

Xatırladaq ki, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər