Ağcabədidə 13 yaşlı qızın övladı dünyaya gəldi

Ağcabədidə 13 yaşlı qızın övladı dünyaya gəldiAğcabədidə 23 yaşlı şəxslə 13 yaşlı qızı nişanlayıblar. Ailələrin razılığına görə, qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, nişan məclisindən sonra qızla oğlan cinsi münasibətdə olublar.

Qızın hamilə qaldığı məlum olduqdan sonra ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər.

Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.

Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib.

Zərərçəkmiş kimi tanınan 13 yaşlı Gülər (ad şərtidir) və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.

Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər