DGKA-nın kollektivi şəhid ailələrini ziyarət edib
Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi Novruz bayramı və qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə şəhid ailələrini və Akademiyanın dünyasını dəyişmiş əməkdaşının ailəsini ziyarət ediblər.
Akademiyanın rəhbərliyi və əməkdaşları Sabunçu rayonunda yaşayan 44 günlük Vətən müharibəsi şəhidləri Həsənağa Abdullazadə Şakir oğlu, Kamran Tağıyev Fikrət oğlu, Əliyev Bəhruz Elman oğlu, Aslan Rzayev Süleyman oğlu, Ülvi Rəfiyev Rəfail oğlu və Akademiyanın vəfat edən əməkdaşı İsrafil İsmayılovun ailələri ilə görüşərək onların bayramlarını təbrik ediblər.
Şəhid ailələrinin üzvləri ilə görüşlər zamanı Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və əməkdaşlar şəhidlərin xatirəsinin daim uca tutulacağını, Akademiya tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayaraq Zəfərimizin gələcək nəsillərə örnək olduğunu qeyd ediblər.
Cənnətdəki bayramınız mübarək, qəhrəman şəhidlərimiz!