star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

DGKA-da Novruz şənliyi keçirilib

DGKA-da Novruz şənliyi keçirilibDövlət Gömrük Komitəsinin Akademiyasında Novruz bayramı münasibətilə geniş bayram tədbiri keçirilib.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə təbrik nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramının tarixi və mədəni əhəmiyyətindən bəhs edib. Akademiya rəisi bildirib ki, Novruz bayramı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu və qəhrəman şəhidlərimizin sayəsində ərazi bütövlüyünü bərpa edən xalqımız tərəfindən artıq daha təntənəli və coşqu ilə qeyd olunur.

Qulu Novruzov çıxışının sonunda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun Novruz bayramı münasibətilə təbriklərini Akademiyanın kollektivinə çatdıraraq onlara sağlamlıq, xoş günlər və uğurlar arzu edib.

Daha sonra təhsil və ictimai-sosial fəaliyyətdə fərqlənən tələbələr Akademiya rəisi tərəfindən sertifikatlarla təltif ediliblər.

Tədbirdə, həmçinin tələbələrin hazırladıqları bayram xonçaları, Novruz adət-ənənələrini əks etdirən rəsm əsərləri nümayiş olunub.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Akademiyanın tələbələrinin ifa etdikləri zövq oxşayan musiqi nömrələri, rəqslər və bir-birindən maraqlı Novruz səhnəcikləri tədbiri daha da rəngarəng edərək iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib.

Sonda Akademiya rəisi tələbələrlə birgə bayram tonqalını alovlandırıb.






Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər