YAP Şabran rayon təşkilatından bayram təbriki
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı adından, Novruz bayramı mübasibəti ilə təbrik edir, möhkəm cansağlığı, bol ruzi-bərəkət, xoşbəxtlik və firavanlıq arzulayırıq!
Azərbaycan xalqı əsrlər boyu zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etmişdir. Əsrlərin sərt sınaqlarından üzüağ çıxan xalqımız tarixinin ən keşməkeşli, çətin anlarında belə, mənəviyyatın təntənəsinə xidmət edən bu dəyərlərdən dönməyib, onları daim uca tutub. Minilliklər içərisindən keçib gələn bu qədim el bayramı tarix boyu qadağalara və təqiblərə məruz qalsa da, öz gözəlliyini indi də saxlayır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf yönümündən baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür.
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə bu fikirlərini vurğulamışdır: "Novruz Azərbaycan xalqının ən sevimli bayramlarından biridir. Xalqımız əsrlər boyu bu gözəl bayramı qeyd edir. Hər bir ailədə Novruz əziz bayram kimi qeyd edilir. Bütün ölkəmizdə hər bir Azərbaycan vətəndaşı baharın gəlişinə sevinir, hər bir Azərbaycan ailəsi bu bayram günlərində bir yerdə olur".
Bayramınız mübarək!
YAP Şabran Rayon Təşkilatının sədri:
Mehdi Balabəyov