Novruz bayramı milli mənəvi dəyərlərimizin təcəssümüdür

Novruz bayramı milli mənəvi dəyərlərimizin təcəssümüdürİbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvi, professor


Böyük təntənəsinə daxili, ruhi oyanışın təsiri ilə hazırlaşdığımız, taleyimiz kimi bizə təmənnasız bəxş olunan elimizin əziz bayramı Novruzun astanasındayıq. Qaranquşların qanadında, torpağın bərəkət qoxusunda, dağlardan atlanıb gələn gur çayların şırıltısında gələn baharın ən önəmli bayramıdır Novruz. Təbiətin dəyişməsi, canlı aləmin oyanması, gecə-gündüzün bərabərləşməsi – hamısı yeni ilin gəlişindən xəbər verir.
Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Martın 21-də günəşin göy ekvatorunu kəsdiyi nöqtə yaz bərabərliyi nöqtəsi adlanır. Ulularımız hələ qədim zamanlardan baharın gəlişini bayram şənlikləri ilə qarşılayıblar. Bu el bayramını uzun müddət ürəyimizcə keçirə bilməmişik. Həhayət ürəkdən keçənlər dilə gəldi. Ulu adət-ənənələrimiz evlərdən, həyətlərdən geniş meydanlara çıxdı. Ruh bədənə, işıq gözə qayıdan kimi ömrümüzə, günümüzə gəldi bahar bayramı, taleyimizə, bəxtimizə qayıtdı Novruz.

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

Novruz bayramlarımızın tacıdır. Yaşıl işığı hər evə, hər ürəyə düşür. Arzularımızı, diləklərimizi rəngdən- rəngə boyayır. Ömrünüz işıqlı, iliniz uğurlu, süfrəniz bərəkətli olsun, əziz xalqım. Novruz bayramınız mübarək olsun!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər