Binəqədi rayonunda “Novruz bayramı” münasibəti ilə tədbir keçirilib

Binəqədi rayonunda “Novruz bayramı” münasibəti ilə tədbir keçirilib18 mart 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi rayonunda “Novruz bayramı” münasibətilətədbir keçirildi. Suveren Azərbaycanımızdaxalqımızın sevimlibayramı olan Novruzbayramı hər il olduğu kimiböyük coşqu iləqeyd edilir. Bu münasibətləölkəmizin hər birtərəfində bayram şənlikləri vəkonsertproqramları təşkil edilir. Bayramgünlərindəkişənliklər öz kütləviliyi ilə seçilir.Hər bir məkandaolduğu kimi Novruzərəfəsində Binəqədi rayonununbütünərazilərində parklar bayramsayağı bəzədilib, səmənilər quraşdırılıb.

Binəqədi rayonunda bu il “Novruz bayramı”7-ci mikrorayon Abay Kunanbayev-66 ünvanında HeydərƏliyev Fondunun Vitse-prezidenti, İDEA İctimaiBirliyinin təsisçisi vərəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə“Bizim həyət” layihəsi çərçivəsindəyaradılanməhəllədə keçirildi. Bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi qonaqlar və rayon ictimaiyyətin nümayəndələri, məhəllə sakinləri iştirak edirdilər. Tədbirdə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş etdirildi, Dədə Qorqud öyüd-nəsihətləri, bayram duaları, təbrikləri, Kosa və Keçəl duzlu-məzəli zarafatları ilə insanları şənləndirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əziz bayram günündə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, tədbir iştirakçılarını, rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək, hər kəsə xoş bayram ovqatı arzuladı.

Tədbir iştirakçıları bayramı yüksək sevinc hissi ilə qeyd etdilər. Bayramda müğənnilərin ifasında müxtəlif şən mahnılar səsləndi, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirdi və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs etdilər. Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini təbrik edərək ölkəmizə bol ruzi-bərəkət və əmin-amanlıq arzuladılar.

Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə səslədi. Hazırlanan müxtəlif növ bayram şirniyyatları tədbir iştirakçılarına təklif olundu.

Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş etdi.

Novruz bayramınız mübarək! Hər birinizə bahar əhval-ruhiyyəsi, süfrələrinizə bol ruzi-bərəkət, ölkəmizdə əmin-amanlıq və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər