Paytaxtda möhtəşəm Novruz şənliyi

Paytaxtda möhtəşəm Novruz şənliyiXalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün güşələrində xüsusi coşqu və məhəbbətlə qeyd edilir. Qədim dövrlərdən bu
günə kimi qorunub saxlanan bu əziz bayram Bakı şəhərində də geniş keçirilir.

Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin
kəsişməsində bu yaxınlarda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən açılışı keçirilən yeni istirahət parkında bu
parkın rəhbərliyi və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Bakı sakinləri və şəhərimizin çoxsaylı qonaqları, həmçinin uşaq evlərinin balaca sakinləri
üçün möhtəşəm Novruz şənliyi təşkil edilib.

Bayram əhval-ruhiyyəsində, rəngarəng bəzədilmiş parkda xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb, gənc rəssamların
rəsm əsərləri nümayiş etdirilib.Tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar,
jonqlyorlar və çalğıçılar iştirak ediblər.

Tədbir zamanı mərkəzdə quraşdırılan səhnədə populyar incəsənət xadimləri ilə yanaşı rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz
məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, gimnastika üzrə nümunəvi çıxışlar olub.

Eyni zamanda çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub. Novruzun əsas personajları olan
Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib, Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Gün ərzində davam edən bayram tədbiri iştirakçıların böyük sevincinə səbəb olub və bayram əhval-ruhiyyəsi yaradıb.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər