Şok tapşırıq: Köhnə dərmanları şöbələrə paylayın - Fotofakt

Şok tapşırıq: Köhnə dərmanları şöbələrə paylayın - FotofaktQusar Rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verilir.

Məlumatı “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyev paylaşıb.

Məlumata görə, xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (o, həm də xəstəxana direktorunun həyat yoldaşıdır – red.) tibb işçilərinin Vatsap qrupuna bu cür mesaj göndərib:

“Deməli, aptekdə vaxtı keçən dərman və sərfiyyatlar var. Bunlar şöbələrə paylanacaq”.

Bu yazışma tibb işçiləri arasında ciddi narazılıq yaradıb. İddialara görə, yaranan mübahisələrdən sonra İlhamə Hacıyevanın göstərişi ilə Vatsap qrupu bağlanıb.

“Bəzi məlumatlara görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında ötən il 23 nəfər dünyasını dəyişib. Deyilənə görə, bu, rekord göstəricidir. Hazırda Qusar Rayon Prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. Ümid edirik ki, bu Vatsap yazışması da ciddi şəkildə yoxlanılacaq və həqiqət üzə çıxacaq”, - deyə M.Mehdiyev qeyd edib.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.

Axar.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər