star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Gec-tez onlar tutulacaq, həbs olunacaq"

"Gec-tez onlar tutulacaq, həbs olunacaq"Xaricdə yaşayan və təqsirləndirilən azərbaycanlı mühacirlərlə bağlı Baş Prokurorluqdan verilən qərar mühüm hüquqi məsələlərdən birinə çevrilib. Bu qərar onların Azərbaycanda törətdikləri cinayətlərə görə ekstradisiya olunması məsələsini gündəmə gətirir.

Avrasiya.net-in məlumatına görə, millət vəkili Azay Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, onların fəaliyyəti hamı tərəfindən bilinir və onların Azərbaycanın mentalitetini, milli və mənəvi dəyərlərini tapdalayan, qanunları kobud şəkildə pozan kifayət qədər əməlləri var:

“Əgər onlar törətdikləri cinayət əməllərinə, milli-mənəvi dəyərləri tapdaladıqlarına görə məsuliyyətdən kənar qalacaqlarını düşünürlərsə, böyük səhv edirlər. Göründüyü kimi, artıq Respublikanın Baş Prokurorluğu onların hər biri ilə bağlı cinayət işi qaldırıb və mən əminəm ki, gec-tez onlar tutulacaq, həbs olunacaq və qanun qarşısında cavab verəcəklər. Bu məsələdə heç kimin şübhəsi olmasın. Hüquqi prosedurlar müəyyən ediləcək, aktuallıq qazanacaq. Belə şəxslərin tapılıb qanun qarşısında cavab verməsi üçün dövlət hərəkətə keçib. Heç kimə, heç bir şəxsə belə bir imkan tanınmayıb ki, o, bütün qırmızı xətləri keçərək çərçivələri pozsun. Bu şəxsləri mühacir də, müxalif də adlandırmaq olmaz. Mən deyərdim ki, onlar əxlaqi və mənəvi keyfiyyətləri itirmiş bir qrup insandır”.

Millət vəkilinin fikrincə, dövlət bu məsələdə bir qədər gecikib:

“Vaxtında bu şəxslərin həbs olunub ölkəyə gətirilməsi məsələsi daha ciddi şəkildə qoyulmalı idi. Lakin hesab edirəm ki, gec də olsa, artıq bu prosesə başlanılıb. Verilən açıqlamalardan da göründüyü kimi, onlar Cinayət Məcəlləsinin bir çox maddələri ilə təqsirli biliniblər və məhkəmə onların həbs olunmasına dair qərar verib. İndi isə əsas məsələ məhkəmə qərarının icrası üçün aidiyyəti qurumlar tərəfindən lazımi işlərin aparılmasıdır. Bu prosesin nə qədər çəkəcəyi artıq hüquq-mühafizə orqanlarının fəaliyyətindən asılıdır. Lakin əgər belə bir qərar artıq verilibsə, bu o deməkdir ki, məsələ ilə bağlı müəyyən müzakirələr aparılıb və lazımi addımlar atılıb. Onların ədalət qarşısında cavab verəcəkləri gün isə uzaqda deyil”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər