Peşə Təhsil Mərkəzində "Ailə məktəbi" tədbiri keçirilib
17 mart tarixində "Sağlam Gələcək Naminə" QHT Koalisiyası tərəfindən "Ailə məktəbi" çərçivəsində 7 saylı Rabitə və informasiya texnologiyaları üzrə Bakı dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib.
Həkim Günel Hacızadə tərəfindən "Qadın sağlamlığı və analığa hazırlıq mövzusunda geniş maarifləndirmə işi aparılmış, koalisiyanın sədri, ailə məsləhətçisi Nərminə Qəribova tərəfindən isə gənc qızlara Azərbaycan xalqının ən böyük dəyəri olan ailələrin qorunmasında məsuliyyətimiz, dövlətin təməli olan ailələrin qorunmasında vətəndaş borcumuz, ailədə qadın və kişinin rolu" boşanmaların uşaqların həyatına təsiri, ailə münaqişələrinin əsas səbəbləri, ailədə rəhbər anlayışı, boşanmanı vacib edən hallar, boşanmayaya səbəb olan yalnış düşüncələr və evliliyin ilk beş ilində vəziyyətin idarə olunması üçün vacib amillərdən danışdı. Diskusiyya şəklində keçirilən tədbir gənc qızlar tərəfində maraqla qarşılayıb.
Nərminə Qəribova bildirdi ki, bu gun vətənini, xalqını sevən hər bir insan milli mənəvi deyerimiz olan, insanın sağlam yetişməsi üçün sağlamlığı vacib olan ailələrin möhkəmləndirilməsində fəal iştirak etməlidir.