Cəlilabadda 24 yaşlı kişi özünü asdı
Dərc olunub:
Dünən, 15:23
Cəlilabad rayonunda intihar hadisəsi olub.
Hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Elvin Abdullayev yaşadıqları mənzilin həyətində, çardaqdan asılı vəziyyətdə tapılıb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə verilib.
Bir övlad atası olan E. Abdullayevin intiharının səbəbi məlum deyil.
Fakta görə araşdırma aparılır.