star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

QHT sədri barəsində axtarış elan edildi

QHT sədri barəsində axtarış elan edildiSosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Sübhan Həsənli Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi üzrə cəlb olunub.

Məlumata görə, Sübhan Həsənli 2020-2021-ci illərdə ABŞ-ın "FH1360" humanitar təşkilatı, Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb.

O, aldığı qrantları "xidmət müqaviləsi" ilə ölkəyə gətirib və leqallaşdırıb.

Guya bu beynəlxalq təşkilatlara xidmət göstərib və bunun əvəzində "xidmət haqqı" alıb. Əslində isə qrantlar bu adla rəsmiləşdirib, daha sonra isə həmin vəsaitlərlə maliyyə əməliyyatları aparıb, leqallaşdırıb.

Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Lakin istintaqdan qaçıb gizlənib.

Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Barəsində axtarış elan edilib.

Qeyd edək ki, Sosial Hüquqlar Mərkəzi dövlət qeydiyyatından keçməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər