star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Bir sıra QHT-lərlə bağlı cinayət işi başlandı: həbslər var

Bir sıra QHT-lərlə bağlı cinayət işi başlandı: həbslər varAzərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı cinayət işi başlanıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2 , 213.1 , 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Cinayət işi Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarını araşdırır.

Qrantlar necə verilib?

Əldə etdiyimiz məlumata görə, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda qeydiyyatdan keçməmiş "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, " Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli, "İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Məmmədzadəyə ( Məmməd Alpay) və daha bir neçə nəfər müxtəlif adlar altında qanunsuz qrant vəsaitləri alıblar. Bu vəsaitlər Ədliyyə Nazirliyi və digər icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçməyib, ölkə qanunvericiliyinə zidd olaraq, "xidmət müqaviləsi" adı altında ayrılıb və ölkəyə göndərilib.

Məlumata görə, 2020-2021-ci illərdə Bəşir Süleymanlı və Məmməd Alpay fiziki şəxs kimi ABŞ-ın Alman Marşal Fondu ilə xidmət müqavilələri adı altında dövlət qeydiyyatına alınmayan müqavilələr tərtib ediblər. Sübhan Həsənli isə eyni formada ABŞ-ın " FH1360 " humanitar təşkilatı, Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb.

Guya bu şəxslər ayrı- ayrı beynəlxalq təşkilatlara xidmət göstəriblər və bunun əvəzində "xidmət haqqı" alıblar. Əslində isə qrantlar bu adla rəsmiləşdirilib, daha sonra isə həmin vəsaitlərlə maliyyə əməliyyatları aparıb, leqallaşdırıblar.

"No war" və LGBT təbliğatı üçün ayrılan pullar

Leqallaşdırılan vəsaitlər isə maliyyə ayıran beynəlxalq təşkilatların tapşırığı ilə həssas sosial təbəqələrin "hüquq müdafiəsi" adı altında ictimai - siyasi sabitliyin pozulması üçün xərclənib. Bu vəsaitlər daha " No war " , " LGTB " , " ultra liberal " düşüncəsinin dəstəklənməsi, mental dəyərlərə qarşı əks təbliğat aparılması üçün sərf olunub. Daha çox isə bu qruplar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün əleyhinə yönəlmiş faəliyyətin qurulmasına xərclənib.

Bəşir Süleymanlı və Məmməd Alpay barədə həbs

Dünən Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 193-1.3.2 ( cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma ) , 308.2 ( ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui - istifadə etmə ) və 313 - cü ( vəzifa saxtakarlığı ) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Bu şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sübhan Həsənli istintaqdan qaçıb

Sübhan Həsənli də Cinayət Məcəlləsinin 193-1.2.3 ( öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ) , 308.2 və 313 - cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Lakin o, istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilib. Onun da Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Maliyyəni leqallaşdırmağa kömək edən qurumlar və banklar araşdırılır

Bildirilib ki, qanunsuz müqavilələrlə qrant vəsaiti alaraq Azərbaycana gətirən şəxslərlə bağlı istintaq araşdırması davam edir. Araşdırma təkcə bu fəaliyyətlə məşğul olan QHT-ləri və onların rəhbərlərini əhatə etmir. Bu fəaliyyətə şərait yaratmış qurumlar, o cümlədən bank əməkdaşlarının da cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində işlər görülür.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər