star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Lənkəranda direktor şagirdi döyüb? - Açıqlama

Lənkəranda direktor şagirdi döyüb? - AçıqlamaMartın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə məlumat verib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması başlanıb, izahatları alınıb. Məhkəmə-tibbi ekspertizası təyin edilsə də, Təhmasib Əsgərzadə övladının heç bir xəsarətinin olmamasını əsas gətirərək onu müvafiq ekspertizadan keçirməkdən imtina edib.

Həmin tarixdə DİN-in "102" xidməti zəng mərkəzinə təkrar müraciət edərək qeyd edilən məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xahiş edib.

Qeyd edək ki, Lənkəran rayonu Tütəpeştə kənd ümumorta məktəbində dərsə ikinci saat gələn şagirdin həmin məktəbin direktoru Rövşən Əliyev tərəfindən ölümcül döyülməsi və şagirdin dərhal xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər