TGT-nin İdarə heyəti ilə görüş keçirilib

TGT-nin İdarə heyəti ilə görüş keçirilibDövlət Gömrük Komitəsinin Aademiyasında Tələbə Gənclər Təşkilatının İdarə heyəti ilə görüş keçirilib. TGT-nin illik fəaliyyətinin nəzərdən keçirilməsi, İdarə heyətinin qarşısında duran məsələlərin müzakirəsi məqsədilə təşkil edilən görüşdə Akademiyanın rəhbərliyi, əməkdaşları və TGT-nin İdarə heyətinin üzvləri iştirak ediblər.

İclasda Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək TGT-nin fəaliyyətinin effektiv şəkildə təşkil edilməsi, tələbələrin sosial fəaliyyətlərə cəlb edilməsi üçün Akademiyada yaradılan şərait haqqında bəhs edib. Akademiya rəisi tələbələrin asudə vaxtlarının səmərəli təşkili, gənclərin dünyagörüşlərinin, xarici dil biliklərinin artırılması istiqamətində müvafiq tövsiyələrini verib. Qulu Novruzov tələbə gənclərin Akademiyanın çoxşaxəli fəaliyyətinə töhfələrinin davamlı olacağına əminliyini bildirərək onlara uğurlar arzulayıb.

Daha sonra Tələbə Gənclər Təşkilatının sədri Osman Muşəyev TGT-nin fəaliyyəti haqqında illik hesabatı iştirakçıların nəzərinə çatdırıb.

Sonda tələbələrin sualları cavablandırılıb, təklifləri qeydə alınıb.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər