Səhər tezdən bu hərəkətləri etməyin – Uğursuzluğa səbəb ola bilər!

Səhər tezdən bu hərəkətləri etməyin – Uğursuzluğa səbəb ola bilər!Səhər tezdən günə necə başladığınız bütün gününüzə təsir edə bilər. Əsrlərdir ki, bəzi inanclar və adətlər səhər saatlarında bəzi hərəkətlərin uğursuzluğa səbəb ola biləcəyini bildirir. İstər qədim inanclara, istərsə də psixoloji və elmi izahlarla bu hərəkətlərin mənfi təsir göstərə biləcəyinə inanılır.

Uğursuzluğa səbəb olan hərəkətləri təqdim edirik:

1. Yatdığınız yeri dağınıq qoymaq

Səhər oyandıqdan sonra yatağı toplamaq qaydaya çevrilməlidir. Çünki dağınıq yataq gün boyu həvəssizlik, yorğunluq və işlərinizin nizamsız getməsinə səbəb ola bilər. Feng Shui fəlsəfəsinə görə, yığılmamış yataq mənfi enerjini cəlb edir.

2. Səhər güzgüyə baxıb özünüzdən narazı qalmaq

İnanclara görə, səhər tezdən güzgüyə baxarkən özünüzü tənqid etmək və ya neqativ düşüncələrə qapılmaq bütün gün boyu uğursuzluq gətirə bilər. Bunun əvəzinə, güzgüyə baxıb özünüzə gülümsəmək və müsbət sözlər söyləmək enerjinizi yüksəldər.

3. Yerdəki çörək qırıntılarını tapdalamaq

Bəzi inanclara görə, səhər yerdə qalan çörək qırıntılarını tapdalamaq ruzi və bərəkətin azalmasına səbəb olur. Buna görə də, səhər yeməkdən sonra masanı və döşəməni təmiz saxlamaq tövsiyə olunur.

4. Birinci addımı sol ayaqla atmaq

Bəzi mədəniyyətlərdə səhər evdən çıxarkən ilk addımı sol ayaqla atmaq uğursuzluq sayılır. Bu inanca görə, sol ayaqla addım atmaq gün ərzində neqativ hadisələr yaşamağa səbəb ola bilər.

5. Səhər sərt sözlər demək və ya kimsə ilə mübahisə etmək

Günə əsəbi və ya neqativ enerjiylə başlamaq bütün gününüzün pis keçməsinə gətirib çıxara bilər. Xüsusilə səhər tezdən kiməsə sərt söz demək və ya ailə üzvlərinizlə mübahisə etmək uğursuzluğa səbəb ola bilər.

6. Yataqdan sıçrayaraq durmaq

Səhər tezdən qəfil ayağa qalxmaq və bədəni çox sürətlə hərəkət etdirmək qan təzyiqinin ani dəyişməsinə səbəb ola bilər. Bu, baş gicəllənməsi, yorğunluq və gün ərzində enerjisiz hiss etməyə yol aça bilər.

7. Səhər yeməyini buraxmaq

Səhər yeməyini yeməmək həm sağlamlığınıza, həm də psixoloji durumunuza mənfi təsir edə bilər. İnanclara görə, səhər yeməyini atlayan insanların uğurları azalır və gün ərzində qərar qəbul etməkdə çətinlik çəkirlər.

8. Borc pul vermək və ya almaq

Bəzi inanclara əsasən, səhər tezdən borc pul vermək və ya almaq gün boyu maddi çətinliklərlə qarşılaşmağa səbəb ola bilər. Bu inanışa görə, borc məsələlərini günün ortasında və ya axşam saatlarında həll etmək daha məsləhətlidir.

9. Səhər tezdən qapını sərt bağlamaq

Qapını sərt şəkildə bağlamaq evdə və ya işdə neqativ enerjini artırır. Qədim inanclara görə, səhər qapını şiddətlə çırpmaq, həmin gün dava-dalaş və uğursuzluğa səbəb ola bilər.

10. Səhər ilk görüşdüyünüz insanla sərt davranmaq

Bəzi inanclara görə, günün ilk qarşılaşdığınız insanla mehriban davranmaq gün boyu uğurlarınızı artırır. Əksinə, səhər ilk qarşılaşdığınız insana sərt münasibət göstərmək və ya ona qarşı laqeyd davranmaq uğursuzluğa gətirib çıxara bilər.

Bütün bu inanclar fərqli mədəniyyətlərə və psixoloji təsirlərə əsaslansa da, səhəri müsbət enerjiylə başlamaq uğur və məhsuldarlıq baxımından əhəmiyyətlidir. Günə pozitiv başlanğıc edərək, həm enerjinizi yüksəldə, həm də uğurunuzu artıra bilərsiniz.

Lent.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər