Polis mayoru vəfat etdi - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru Müşviq Əlikişi oğlu Cümşüdov 53 yaşında vəfat edib.

Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

M.Cümşüdov son bir ildə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Onun üç övladı yadigar qalıb.

Mərhum Bakıda dəfn olunub.

Qeyd edək ki, M.Cümşüdov əslən Laçın rayonundandır. Onun atası Cümşüdov Əlikişi Mirzəmməd oğlu İkinci Dünya müharibəsində iştirak edib.

Mozdokdan Berlinə qədər döyüş yolu keçən Ə.Cümşüdov üç dəfə yaralansa da yenidən səngərə qayıdıb. Müharibədən sonra Daxili İşlər Nazirliyi nəzdində Latviya, Litva və Donbasda xidmət keçib.1946-cı ilin oktyabr ayından Laçın Rayon Daxili İşlər Şöbəsində bölmə komandiri təyin edilib. 1988-ci ildə təqaüdə çıxıb. 2021-ci ildə 100 yaşında vəfat edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər