FHN-nin xanım rəisi istefa verdi
Dərc olunub:
12-03-2025, 13:44
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəsi vəzifəsindən istefa verib.
Avrasiya.net "Qaynarinfo"ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi polkovnik-leytenatı Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.
Bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub.
Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə təyin edilmişdi. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunmuşdu.
Son xəbərlər
