"Ailə məktəbi" çərçivəsində tədbir keçirildi

"Ailə məktəbi" çərçivəsində tədbir  keçirildi11 mart 2025-ci il tarixində "Sağlam Gələcək Naminə" QHT Koalisiyası tərəfindən "Ailə məktəbi" çərçivəsində tədbir keçirildi.

İki hissədən ibarət olan tədbirin birinci hissəsində mediatrlar hüquqşünaslar, psixoloqlar və sosioloqlarla ailələrin mövcud vəziyyəti, sürətlə artmaqda olan boşanmaların əsas səbəbləri, boşanmaların uşaqlara təsiri, ailələrdə kişi və qadın münasibətləri müzakirə edildi.

Problemin həlli istiqamətində müxtəlif təkliflər səsləndirildi.

İkinci hissədə "Sağlam Gələcək Naminə" QHT Koalisiyasının üzvü "Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri Esmira xanım Rəhimova bu kimi maarifləndirmə və dəstək layihələrinin daha effektiv olması üçün "Ailələrin sosial müdafiə tədbirləri" mövzusunda təlim proqramı təqdim etdi.

Tedbirin yekununda koalisiyanın sədri Nərminə Qəribova "Ailə məktəbi" çərçivəsində keçirilən silsilə tədbirlərdə ekspertlər tərəfindən irəli sürülmüş təkliflərin dəyərləndiriləcəyini və təhsil müəssisələri ilə əməkdaşlığın gücləndiriləcəyini bildirdi.

Tədbirin ərsəyə gəlməsinə təşkilati dəstək göstərən Azərbaycan Milli QHT Forumuna təşəkkür edildi.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər