"Bəlkə bu dəfə əfvə düşər” - Cahangir Hacıyevin bacısı

"Bəlkə bu dəfə əfvə düşər” - Cahangir Hacıyevin bacısı“Mənim qardaşım 10 ildir ki, həbsdədir. Hər əfvöncəsi ümidlənirik ki, bəlkə, bu dəfə azadlığa çıxar. Bu il də ümid edirik. Çünki Cahangir ona verilən 16 illik cəzanın 10 ilini çəkib. Bir insan üçün ömrünün 10 ilini həbsxanada keçirmək ağırdır”.

Avrasiya.net xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva deyib.

Qardaşının əfv olunması üçün ölkə başçısına müraciət etdiyini vurğulayan Əminə Hacıyeva bildirib ki, o, 10 ildir, ailəsindən təcrid olunub:

“Qardaşım 10 ildir ki, övladlarının üzünü görə bilmir. O, həbs olunanda oğlanları balaca idi. İndi ali təhsil alıblar. Mən ümid edirəm ki, nəhayət, Cahangiri azadlığa buraxacaqlar. Həbsdə olduğu müddət səhhətində çoxsaylı problemlər yarandı”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər