Ramazanda sahura qalxmaq vacibdir?

Ramazanda sahura qalxmaq vacibdir?Bu gün artıq Ramazanın 9-cu günüdür. Ramazanda iftarla yanaşı ən çox diqqər göstərilən məsələrdən biri də məhz sahurla bağlıdır.

Sahura qalxmağın nə qədər vacib olduğu müzakirə olunan məsələlərdəndir.

Avrasiya.net-in məlumatına görə, Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dinimizə görə sahura (obaşdanlıq) qalxmaq vacib deyil. Ancaq Ramazanda sahura qalxmaq, obaşdanlıq yeməyini yemək dinimizdə tövsiyə edilən əməllərdəndi:

"Eyni zamanda, dinimizə görə Sahura qalxmaq orucu bərəkətli edir. Məhəmməd Peyğəmbər (s) bu barədə buyurub: "Sahur yeməyini yeyin! Həqiqətən də obaşdanlıq yeməyində xeyr-bərəkət vardır.” (əl-Buxari). Gəlin bu xeyr və bərəkətdən özümüzü məhrum etməyək.

Bəzən insanlar müxtəlif səbəblərdən səhura qalxmadan, obaşdanlıq yemədən oruc tuturlar. Əslində Ramazan öz ənənələri və ibadətləri ilə seçilən aylardandır. Əgər çox ciddi səbəb yoxsa dinimiz bu əməli bəyənmir.

Əziz müsəlman bacı və qardaşlar! Gəlin özümüzdə sahura qalxmaq, obaşdanlıq yeməyi yemək vərdişi yaradaq. Ramazan orucunu təkmil formada yerinə yetirək. Allah bütün dua və orucları qəbul etsin, dövlətimizi, xalqımızı və ölkə başçımızı qorusun!".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər