Elşad Miri "Qəbir əzabı yoxdur" dedi - QMİ-dən reaksiya

Elşad Miri "Qəbir əzabı yoxdur" dedi - QMİ-dən reaksiyaİlahiyyatçı Elşad Miri yenidən islam dinində qəbir əzabının olmadığını iddia edib. Onun açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Reallıq necədir? İslamda qəbir əzabı varmı?

Avrasiya.net xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Rüfət Qarayev bu barədə Globalinfo.az-a açıqlamasında bu cür fikirlərin hər zaman olduğunu bildirib.

"Qiyamətə qədər belə insanlar ortaya çıxacaq. Həmin düşüncələrlə cəmiyyətdə müxtəlif çaşqınlıq yaradacaqlar. Təbii ki, elmi olan, Qurandan möhkəm yapışan biri heç vaxt buna getməyəcək. Lakin bütün hökmlər Quranda mövcud deyil. Bəzi məsələlərdə orada şifrəli hərflər var ki, onu Allah və rəsulu bilər. Məsələn, müəyyən ayədə namaz qılmaq buyurulub, amma forması qeyd edilmir. Onu isə bizə Allah rəsulunun hədisləri açıqlayır", - o vurğulayıb.

İlahiyyatçı qeyd edib ki, qəbir əzabının modeli, forması da bilinmir:

"Amma xanım Xədicənin (ə) belə bundan qorxduğunun şahidi oluruq. O, "Ey Allahın rəsulu, səndən yalnız bir şey istəyirəm, o da əbandır. Dünyadan köçəndə məni o əbaya büksünlər, qəbir əzabından çox qorxuram", deyirdi. Peyğəmbərin xanımı belə qəbir əzabından danışıb. Belə fikirlər də var ki, insan birdən suda boğulub, cəsədi tapılmayıb və ya odda yanıbsa, necə olacaq?! Təbii ki, Allaha heç nə çətin deyil. Bir insana əzab vermək istəyirsə, suya, oda, havaya və sair əmr edər və onlar insanı sıxar. Allaha tam inanan insanın imanında şübhə yoxdursa, bu kimi məsələlərdə də ixtilafa düşməz, düşüncəsini fərqli istiqamətlərə aparmaz".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər