"Azərbaycan qadını yüksək pillələrdə dayanır"

İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru


İradəsi, mərdliyi, sədaqəti ilə tanınan Azərbaycan qadını hər zaman milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynayıb. Bu tarix boyu da belə olub.

Cəmiyyətimizdə qadına göstərilən hörmət, ana adının uca tutulması Azərbaycan xalqının ən yüksək ali və mənəvi keyfiyyətlərindən biridir.

Təsadüfi deyil ki, zəngin tarixi irsimizdə, ədəbiyyatımızda qadınlarımız müdriklik və qəhrəmanlıq mücəssəməsi kimi vəsf olunur. “Kitabi-Dədə Qorqud” boylarının, dahi Nizaminin, Füzulinin əsərlərinin qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri ideallara xidmət edir, xalqımızın milli-mənəvi dünyasının nə qədər zəngin olduğunu göstərir.

Çağdaş dövr sivil dünyada qadın fəallığının yüksəlməsi ilə əlamətdardır. Lakin müasir tendensiyalar və yanaşmalar baxımından Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəlməsi ötən əsrin əvvəllərindən başlayır. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçki hüququ verməsi həm xalqımızın demokratik dəyərlərə bağlılığının, həm də qadınların cəmiyyətdə gedən proseslərdə iştirakının yüksəlməsinin göstəricisi idi

Adı dillərə dastan olan qadınlarımız bu gün də müstəqil dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında ön sırada dayanıb. Azərbaycan qadını yüksək pillələrdə dayanır, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanır, ictimai həyatın bütün sahələrində öz sözünü inamla deyir. Dövlət başçısı, möhtərəm prezidentimiz İlham Əliyev hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır. Bu təbrik dövlət başçısının qadınlara diqqətinin və ehtiramının təcəssümüdür.

Azərbaycan qadını həm də anadır. Qəhrəman övladlar yetişdirən ana!

Budur Azərbaycan qadını! Qürurlu, mərd və cəsarət nümunəsi olan qadınlarımız cəmiyyətimizin inkişafinda mühüm rol oynayır.

Azərbaycan qadını şəhid anasıdır, şəhid bacısıdır, şəhid yoldaşıdır, şəhid övladıdır. Ona görə Azərbaycan qadınının başı hər zaman uca olacaq...

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər