Komitə sədri erməniəsilli şəxslərin saxlanma şəraiti ilə tanış oldu

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcrdixanasında monitorinqlər keçirib.

Avrasiya.net xəbər verir ki, Tural Hüseynov Report-a açıqlamasında monitorinqin keçirilməsində məqsədin saxlanılan şəxslərin saxlanma şəraiti, onlara qarşı rəftar, qida, eyni zamanda dərman preparatları ilə təminatları vəziyyətini öyrənmək olduğunu bildirib.

“Başçəkmə zamanı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər, Qusar rayonunda saxlanılan terrora cəhddə təqsirləndirilən 6 nəfər, axtarışda olduğu üçün İordaniyadan Azərbaycana gətirilən Azər Bağırov, dövlətə xəyanətdə təqsirləndirilən İlkin Qəmbərov və digərləri ilə görüşlər keçirilib. Həmin şəxslər saxlanma şəraitindən, onlara qarşı rəftardan şikayət etməyiblər. Bütün kameralar televizorlarla və radiolarla təmin olunub. Vəkilləri ilə rahat görüşürlər. Saxlanılan şəxslərə həftədə 2 dəfə 15 dəqiqəlik telefonla danışmağa şərait yaradılır və onlar ailə üzvləri ilə görüşə bilirlər. Saxlanılan şəxslər idman zalından, kitabxanadan rahat istifadə edirlər. Evdən göndərilən qidaların hamısı saxlanılan şəxslərə verilir”, - sədr vurğulayıb.

Tural Hüseynov qeyd edib ki, təcridxana yeni təmirdən çıxdığından saxlanma şəraiti daha da yaxşılaşıb:

“Bütün otaqlarda havalandırma sistemi var. Hər kameranın özünün hamamı, tualeti mövcuddur. Saxlanılan şəxslər hər gün müvafiq saatlarda təmiz havaya çıxarılır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər