Azərbaycan attestatı xaricdə qəbul edilmir? - Ekspert

Azərbaycanda məktəb attestatının beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atılıb. Avropa, MDB və bəzi Şərq ölkələrində Azərbaycan attestatı qəbul edilir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi son zamanlarda sosial şəbəkələrdə “Azərbaycan attestatı ilə xaricdə təhsil almağın mümkün olmadığı” barədə yayılan fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkənin Bolonya sisteminə qoşulması və 2008-2009-cu illərdən beynəlxalq proqramlara inteqrasiya etməsi bu prosesdə əsas amillərdən biridir:

“Bir çox ali təhsil müəssisəsi beynəlxalq proqramlar tətbiq edir və müəyyən istiqamətlər üzrə Azərbaycan attestatını qəbul edirlər. Lakin hər hansı bir ölkənin Azərbaycan attestatını birbaşa tanıması mümkün deyil. Yalnız beynəlxalq (İB) proqram əsasında təhsil verən qurumlarda bu mümkündür. Xaricdə təhsil almaq istəyən şəxslər beynəlxalq dil sertifikatlarına (IELTS, TOEFL, SAT və s.) sahib olmalı və həmin ölkənin tələblərinə cavab verməlidir”.

Elçin Əfəndi qeyd edib ki, bəzi özəl təhsil müəssisələri beynəlxalq proqramları daha geniş tətbiq etdiyi üçün orada təhsil alan məzunlar xaricdə təhsil almaq üçün daha əlverişli imkan əldə edirlər. Dövlət məktəblərində isə bu proqramlara qoşulma məhduddur:

“Azərbaycanın ucqar rayonlarında və kəndlərində təhsil alan şagirdlər üçün xaricdə təhsil almaq daha çətin olur. Çünki onların təhsil aldıqları məktəblər beynəlxalq proqramlara qoşulmadığı üçün attestatları birbaşa tanınmır”.

Ekspertin fikrincə, əgər dövlət və özəl məktəblərdə beynəlxalq proqramların tətbiqi genişləndirilsə, bu çətinliklər aradan qaldırıla bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər