29 yaşlı gənc spirtli içkidən zəhərlənərək öldü
Dərc olunub:
7-03-2025, 10:45
Beyləqanda zəhərlənmə faktı qeydə alınıb.
İlkin ehtimala görə, spirtdən zəhərlənən 1996-cı il təvəllüdlü Səyyad Vəlizadə həyatını itirib.
Qohumları onun spirtli içkidən zəhərləndiyini bildirib.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.