Deputat Fəxri fərmanla təltif edilib
Dərc olunub:
6-03-2025, 21:25
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının qərargahında, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Süleymanlını anadan olmasının 30 illik Yubileyi münasibətilə təbrik edib.
M.Balabəyov həmçinin M.Süleymanlını rayonun ictimai-siyasi həyatında, eləcə də, YAP Şabran rayon təşkilatının fəaliyyətində fəal iştirak etdiyinə görə Fəxri fərmanla təltif edərək, uzun ömür, möhkəm cansağlığı və işlərində ugurlar arzu edib.

Son xəbərlər
