Mehriban Əliyeva bu məktəbdəki təmir işləri ilə tanış oldu

Mehriban Əliyeva bu məktəbdəki təmir işləri ilə tanış olduAzərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Avrasiya.net xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məktəbdə aparılan əsaslı təmir-bərpa işləri ilə bağlı məlumat verdilər.

Bildirildi ki, 1969-cu ildə istifadəyə verilmiş tədris müəssisəsində 700-dən çox şagirdin təhsil almaq imkanı olub. Lakin məktəb binası artıq istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından əsaslı təmir işlərinə başlanılıb. Binada təmir işlərinin bu ilin sentyabr ayında - yeni tədris ilinə qədər yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, yeni tədris ili üçün Heydər Əliyev Fondu paytaxt Bakıda və regionlarda bir sıra məktəblərin inşasını və təmir işlərini başa çatdırmağı nəzərdə tutur.

Yarandığı gündən təhsil sahəsinə xüsusi diqqətlə yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramlar həyata keçirərək, ölkəmizdə təhsilin inkişafına öz dəstəyini göstərir. Məktəblərdə təmir-tikinti işləri, mövcud şəraitin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də həyata keçirilən layihələr təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər