Sabah QHT Agentliyi qrant müsabiqəsinin nəticələrini elan edəcək

Sabah QHT Agentliyi qrant müsabiqəsinin nəticələrini elan edəcəkAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibəsində 2025-ci il üzrə Agentliyin elan etdiyi qrant müsabiqələrinin nəticələrinin nə vaxt elan olunacaqı ilə bağlı sualı cavablandırıb:

- Nəticələr sabah elan olunacaq (7 mart 2025 -red.) Bu dəfə Azərbaycan QHT tarixində bir elan çərçivəsində ən yüksək sayda layihə təklifi daxil olan müsabiqə vəziyyəti qeydə alınıb. Bu, ötənilki rekordu da geridə qoyub.

Agentliyin 2025-ci il üzrə qrant müsabiqələrinə 915 təşkilat müraciət edib. 100-ə yaxın müraciət ilk dəfədir. Ümumiyyətlə, son 2 ildə əvvəllər heç vaxt Agentliyin qrant müsabiqələrində iştirakı nəzərdən keçirməmiş 200-ə yaxın QHT-nin müsabiqələrə qatıldığını müşahidə edirik. Bu, bizim üçün adi statistika deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi tam yeni qaydalarla ikinci ildir ki, təşkil olunan müsabiqələrin şəffaf və ədalətli olmasının, işimizə olan ictimai etimadın göstəricisidir. T

Təbii ki, həm də böyük məsuliyyət deməkdir. Agentlik QHT-lərin ictimai faydalılığının stimullaşdırılması, dövlət tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələrin icrası üçün əzmlə çalışır.

Qürurla deyə bilərik ki, 2024-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyi 19 dövlət proqramı üzrə 63 tapşırığın icrasına məsul olub və qiymətləndirmə üzrə publik hüquqi şəxslər arasında rekord nəticələrdən birini nümayiş etdirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər