Bakıda keçmiş prokurorun oğlu intihar etdi
Dərc olunub:
6-03-2025, 11:53
Bakıda intihar hadisəsi baş verib.
Avrasiya.net lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 39 yaşlı Nizami Namiq oğlu Həsənov yaşadığı evdə özünü asıb.
İntiharın səbəbi məlum deyil.
KİV-də yayılan məlumata görə, intihar edən Nizami Həsənovun atası Namiq Həsənov əvvəllər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
