Şəkidə 8-ci sinif şagirdi intihar etdi
Dərc olunub:
6-03-2025, 10:12
Şəkidə intihar hadisəsi qeydə alınıb.
Avrasiya.net xəbər verir ki, hadisə rayonun Aran kəndində baş verib.
Belə ki, kənd sakini 2011-ci il təvəlllüdlü T. Məmmədovun meyiti yaşadığı ünvanda anbarda tavanın tirindən asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
İlkin araşdırma zamanı məktəblinin intihar etdiyi məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
