71 yaşlı kişinin meyiti asılı vəziyyətdə tapılıb

71 yaşlı kişinin meyiti asılı vəziyyətdə tapılıbZaqatalada 71 yaşlı kişinin meyiti köhnə tikilidə asılı vəziyyətdə tapılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonun Muğanlı kəndində baş verib.

Belə ki, kənd sakini 71 yaşlı Baxış Hüseyn oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki köhnə tikilidə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar olunub. İlkin araşdırma zamanı B. Hüseynovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Əldə olunan məlumata görə, B. Hüseynovun ailə quraraq rayonun Qandax kəndində köçən qızı bir-neçə ay əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib.

Yaxınları övladının vaxtsız dünyasını dəyişməsinin atasına pis təsir etdiyini, daim fikirli göründüyünü deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər