Tanınmış vəkil Adəm Məmmədov həbs edildi

Tanınmış vəkil Adəm Məmmədov həbs edildiTanınmış vəkil Adəm Məmmədov həbs edilib.

Avrasiya.net xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsi bu dəqiqələrdə onun barəsində hökm çıxarıb.

Hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.

Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.

Xüsusi ittihamçı, tanınmış vəkil Ceyhun Yusifovun vəkili Asim Abbasov faktı saytımıza təsdiq edib.

A. Abbasov bildirib ki, A. Məmmədov və qardaşı hüquqlarını müdafiə etdiyi C. Yusifovu ağır cinayətdə ittiham edərək ona böhtan atmışdı. Söhbət Adəm Məmmədovun qardaşı ilə birgə rəhbərlik etdiyi saytda dərc olunan yanlış xəbərlərdən gedir.

Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər