Tarif Şurası su ilə bağlı qərar verəcək

Tarif Şurası su ilə bağlı qərar verəcəkAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti sudan ödənişli əsaslarla istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlayıb.

Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, bunu Xidmətin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.

"Ölkə prezidentinin 10 oktyabr 2024-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da hədəf kimi nəzərdə tutulub ki, sudan ödənişli istifadə ilə bağlı qaydaların mexanizmi hazırlanmalıdır, yəni diferrensiallaşdırılmalıdır. Bu gün su strategiyasına uyğun olaraq bu gün qarşı konkret hədəf qoyulub ki, sudan ödənişli əsaslarla istifadə diferensiallaşdırılsın. Bu o deməkdir ki, sudan az istifadə edən aşağı tariflə, çox istifadə isə yuxarı tariflə ödəniş edəcək. Məqsəd həm əhali, həm də qeyri-əhali sektorunun sudan qənaətlə istifadə etməsinin təşviq olunmasıdır. Artıq qanun layihəsi hazırlanıb. Aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra bununla bağlı Tarif (Qiymət) Şurası qərar verəcək", - deyə o qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər