Araikin Paşinyana məktubu üzə çıxdı - Foto

Araikin Paşinyana məktubu üzə çıxdı - FotoAzərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan Qarabağdakı keçmiş qondarma rejimin “liderlərindən” Araik Arutyunyanın Bakıda keçirilən məhkəmədəki ifadələri Ermənistanda rezonans doğurub. Araikin müharibəyə görə Ermənistanı və baş nazir Nikol Paşinyanı ittiham etməsi müzakirələrə səbəb olub.

Avrasiya.net Globalinfo.az-a istinadla xəbər verir ki, hazırda İrəvanda olan Qarabağ ermənilərindən Tiqran Petrosyan Arutyunyanın sözlərinin ictimaiyyətdə birmənalı qarşılanmamasına baxmayaraq, doğru olduğunu deyib.

O, “keçmiş liderlə” 44 günlük müharibədən sonra Xankəndidə yaşadığı dialoqu xatırladıb:

“2020-ci ildə müharibədən sonra onu vəziyyəti düzgün dəyərləndirə bilməməkdə və döyüşləri erkən dayandırmamaqda günahlandırdım. Həmin an bir kağız parçasını çıxarıb qarşıma qoydu. Araik mənə, - “Bəlkə də müharibəni tez bitirməli olduğumu əvvəlcə başa düşməmişdim, amma sonra bunun üçün əlimdən gələni etdim. Lakin alınmadı”, - dedi. O, həmin gün Nikol Paşinyana şifahi müraciət edərək müharibənin dayandırılması üçün hər yolu sınamağa razı olduğunu deyib. Paşinyan daha sonra bunu Ermənistan parlamentinin deputatları ilə müzakirə edib. Lakin həm iqtidar, həm də müxalifət mübarizənin sona qədər aparılmalı olduğu qənaətinə gəlib. Onlar vəziyyətə nəzarət edə bilmirdilər”.

Qeyd edək ki, Petrosyanın dediyi məktubda Arutyunyanın Paşinyana 2020-ci il oktyabrın 19-u ATƏT-in Minsk qrupunun həmsdərlərinə müharibənin dayandırılması məqsədi ilə çağırış edilməsi üçün müraciət ünvanladığını xəbər verməsi yazılıb. Araik Minsk qrupu tərəfindən təklif olunan sənədlər əsasında Bakı ilə danışıqlara hazır olduğunu bildirib. O, Ermənistanın keçmiş qondarma rejimin qarantı olduğunu vurğulayıb və Paşinyanın ölkə rəhbəri kimi müharibənin sona çatdırılması üçün lazımı prosesi başlatmalı olduğunu söyləyib.

Lakin sözügedən müraciət mətninin doğru olub-olmadığı dəqiq məlum deyil.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər