Bakıda şəhidin valideynləri dəm qazından boğulublar

Bakıda şəhidin valideynləri dəm qazından boğulublarBakıda 44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin valideynləri həlak olublar.

Avrasiya.net xəbər verir ki, bu barədə Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

Hadisə ötən gün axşam saatlarında, Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Şəhidin anası Gülnaz Abdullayeva və atası Məcnun Abdullayev dəm qazından ölüblər.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Vahid Ağayev 2020-ci ilin sentyabrın 29-da II Qarabağ müharibəsinə yollanıb. Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. Şuşada şəhid olub. 17 noyabr 2020-də Maştağadakı Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər