Direktorun səsyazısı yayıldı: Nazirlik əməkdaşları məktəbə getdi

Direktorun səsyazısı yayıldı: Nazirlik əməkdaşları məktəbə getdiXəbər verdiyimiz kimi, Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb. Səsyazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.

Məlumata görə, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib.

Avrasiya.net-in məlumatına görə, bu gün Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub.

Rəsmi şəxslər pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.

Məsələ ilə bağlı araşdırma aparılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər