Bakıda Şəhidlik Məscidində İlk İftar TİKA-dan

Bakıda Şəhidlik Məscidində İlk İftar TİKA-danTürk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Ramazan ayını Azərbaycanın paytaxtı Bakıda yerləşən Şəhidlik Məscidində, Türkiyənin Bakıdakı səfiri Prof. Dr. Birol Akgünün iştirakı ilə təşkil olunan iftar proqramı ilə qarşıladı.

TİKA-nın Bakı Proqram Koordinasiya Ofisi hər il olduğu kimi bu il də Ramazan ayında şəhid və qazilərin ailələri başda olmaqla, ucqar bölgələrdə yaşayan aztəminatlı ailələr, yetimlər, fiziki məhdudiyyətli şəxslərin ailələri, köçkünlər və Ahıska türkləri üçün iftar süfrələri və ərzaq paylama proqramları həyata keçirir.

Ramazan ayının ilk günü Bakıda, Şəhidlik Məscidində keçirilən ilk iftar yeməyində Türkiyənin Bakıdakı səfiri Prof. Dr. Birol Akgün, TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, səfirliyin müşavirləri, şəhid ailələri, qazilər və vətəndaşlar iştirak ediblər.

İftar proqramından sonra açıqlama verən səfir Akgün bildirib: “TİKA 33 ildir Türkiyənin dünyaya açılan pəncərələrindən biri olan bir qurumdur. TİKA-nın qurulduğu ilk üç ofisdən biri də Azərbaycandadır. 1994-cü ildən bu günə qədər TİKA burada 1500-dən çox layihə həyata keçirib. Ramazan ayında isə Bakı başda olmaqla Gəncə və Naxçıvan Muxtar Respublikasında iftar süfrələri və ərzaq bağlamalarının paylanması təşkil ediləcək. Mən səfirliyimiz adından Türk xalqının paylaşmaq duyğusunu qardaş ölkələrə aşıladığı, inkişaf etdirdiyi və yaydığı bu anlayışı bura gətirdiklərinə görə TİKA-ya təşəkkür edirəm”, — deyə qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər