Paytaxtda qarın təmizlənməsi davam edir

Paytaxtda qarın təmizlənməsi davam edirArtıq on gündür ki, paytaxt Bakı şəhərinə intensiv qar yağması davam edir. Bununla əlaqədar bütün bu günlər ərzində Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdiriblər.
Yağan qarın fəsadlarının aradan qaldırılması ilə bağlı kommunal xidmətlər tərəfindən operativ tədbirlər görülür. Xüsusi təyinatlı texnika tərəfindən mərkəz küçə və prospektlər, həmçinin ətraf qəsəbələrin yolları qardan təmizlənir, texniki duz səpilir.

Səhər tezdən isə kommunal xidmətlər metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini davam etdiriblər.
Ərazidə aparılan təmizlik işləri ilə bağlı fotoları təqdim edirik.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər