Vardanyanın cinayət əməllərini sübut edən danılmaz faktlar var

Vardanyanın cinayət əməllərini sübut edən danılmaz faktlar varTarixə qovuşmuş qondarma “dqr”ın keçmiş "dövlət naziri" Ruben Vardanyanın Bakı məhkəməsində ifadə verməkdən müxtəlif bəhanələrlə imtina etməsi, mənasız "aclıq aksiyası" keçirməsi, məhkəmə iclası zamanı hakimin suallarını cavablandırmaqdan imtina etməsi növbəti erməni hiyləgərliyindən başqa bir şey deyil. O, məhkəmə zamanı guya beynəlxalq hüquq normalarının pozulmasına etiraz olaraq aclıq aksiyası keçirmək və susmaq taktikasına əl atmaqla beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışır.

Lakin bu cür ucuz üsulların və cəhdlərin hamısı əslində Vardanyanın öz-özünü aldatmasından başqa bir şey deyil. O, xam xəyallar qurmaqla məşğuldur. Onun ağaları və ya məsləhətçiləri ona uğursuz və səmərəsiz məsləhətlər verirlər. Vardanyan bu cür aclıq və susqunluq "şou"ları ilə heç nəyə nail ola bilməz. Onun ədalət məhkəməsi qarşısında cavab verməkdən və məsuliyyətdən yaxa qurtarması qeyri-mümkündür.

Vardanyanın ittiham olunduğu çoxlu sayda cinayət əməllərini sübut edən danılmaz faktlar var. Bu adamın adı Azərbaycan ərazisində separatçılıq və terrorçuluq fəaliyyətlərinin həyata keçirilməsində təqsirləndirilən şəxslərin siyahısında lap başda gəlir. Belə bir şəxsin hansısa "şou"larla, hoqqabazlıqlarla cinayət məsuliyyətindən yaxa qurtarması mümkünsüzdür.

Əlbəttə, məhkəmə iclasında susmaq, ifadə verməmək onun qanuni haqqıdır. Lakin Vardanyan məhkəmədə ifadə verməməklə nəyəsə nail olacağına ümid bəsləməklə ciddi şəkildə yanılır. O, özünü məzlum görkəminə salıb məhkəmədə ifadə verməsə də belə, ərazi bütövlüyümüzə qarşı addımlar atdığına görə, Azərbaycan xalqına və dövlətinə qarşı separatçılıq və terrorçuluğu təşviq etdiyinə, maliyyələşdirdiyinə görə qanun qarşısında cavab verməli olacaq. Bu cür ağır cinayətlərdə adı keçən bir şəxsi nə hiyləgər "şou"lar, nədəki onun "beynəlxalq ictimaiyyət" adı altında gizlənən havadarları xilas edə bilməz. Vardanyan kimi separatçı cinayətkarlarla bağlı son sözü Azərbaycan məhkəməsi deyəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər