Bakıda ər və arvad spirtdən zəhərlənib öldü
Dərc olunub:
28-02-2025, 17:13
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Bakının Sabunçu rayonu ərazisində Emil Qasımov və arvadı S.İsmətovanın meyitləri tapılıb.
Avrasiya.net lent.az-a xəbər verir ki, Emil Qasımovun metil spirtindən zəhərlənərək öldüyü qısa müddətdə üzə çıxsa da, qadının hansı səbəbdən ölməsi məlum deyildi.
Araşdırma nəticəsində S.İsmətovanın da texniki spirtdən öldüyü üzə çıxıb.
