Bakı sakinlərinin nəzərinə: Binalar söküləcək

Bakı sakinlərinin nəzərinə: Binalar söküləcəkBakıdakı bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək. Paytaxtda dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə başlanılır. Bu məqsədlə iki böyük tender elan edilib.

Avrasiya.net "Xəzər TV"yə istinadən xəbər verir ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən aparılacaq əsaslı təmirin birinci mərhələsində Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq. Bu istiqamətdə görüləcək işlərin ümumi dəyəri 24,5 milyon manat təşkil edir. İkinci tender isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir. Burada da dövlət mənzil fonduna aid binaların təmir olunması planlaşdırılıb və layihənin təxmin edilən büdcəsi 24 milyon manatdır.

48,5 milyonluq layihə çərçiəsində ümumilikdə 1100 qəzalı binanın təmiri və ya sökülməsi nəzərdə tutulub. Qaradağ Mənzil Kommunal Təsərrüfatı birliyindən "Xəzər Xəbərə"ə bildirildi ki, rayon ərazisində 215 qismən qəzalı bina var.

Sabunçu rayon İcra Hakimiyyətindən isə bildirildi ki, rayon ərazisində qəzalı olması barədə akt tərtib edilmiş 47 bina var. Bundan əlavə 180 bina da mövcuddur ki, onların qəzalılığını təsdiq edən müvafiq aktlar olmasa da, onlar istismara tam yararsız vəziyyətdədir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, bu layihə paytaxtın ümumi memarlıq görünüşünün daha cəlbedici olmasına, şəhər infrastrukturunun inkişafına və ekoloji dayanıqlılığın artırılmasına da töhfə verəcək. Sakinlər daha rahat, təhlükəsiz və müasir şəraitdə yaşamaq imkanı əldə edəcəklər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər