İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - Sənəd

İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - Sənəd1992-ci ildə Azərbaycan Milli Məclisinin sədri vəzifəsini icra edən İsa Qəmbərin Bakıda erməni deputatlarla gizli danışıqlar apardığı iddia olunur.

Avrasiya.net Globalinfo.az-a istinadla xəbər verir ki, sabiq baş nazir Pənah Hüseyn səsləndirilən fikirlərə münasibət bildirib.

O qeyd edib ki, bu iddianı sabiq müdafiə naziri Rəhim Qazıyev yayıb:

“Qazıyev çıxışlarının birində deyib ki, guya İsa Qəmbər bir qrup erməni deputatın Azərbaycan və Ermənistan arasındakı münaqişəni dinc yolla nizamlamaq məqsədli yazılı müraciətini parlament üzvləri və xalqdan gizlədib. Bu müraciət sonralar İ.Qəmbərin arxivindən çıxarılaraq Rəhim Qazıyevə ötürülüb. İddiaya görə, bu fakt isə Əbülfəz Elçibəy komandasına daxil olan vəzifəli şəxlərin qaranlıq əməlləri və şübhəli əlaqələrinə növbəti bir dəlildir. Bilmirəm buna qəzəblənim, yoxsa gülüm. Bir neçə il bundan əvvəl də R.Qazıyevlə debatların birində dedim ki, o, yalan danışır”.

P.Hüseyn Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın dövründə parlamentin deputatı olan Aşot Bleyan və onun gətirdiyi müraciətlə bağlı sübutlar da dərc edib:

“5 noyabr, 1992-ci ildə, Bleyan Bakıda olduğu vaxtda, parlamentin spikeri İsa Qəmbər iclasda çıxış edərək sözügedən məsələ və sənəd haqqında deputatlara məlumat verib. Səhəri gün müvafiq məlumat rəsmi dövlət qəzeti olan “Azərbaycan”da dərc edilib. Yəni bütün ölkə və dünya ictimaiyyəti bir qrup erməni deputatların müraciəti ilə tanış olub. Nəhayət, Bleyan elə Bakıda olarkən həmin sənəddə imzası olduğu deyilən Ermənistan parlament üzvlərinin bundan imtina etdikləri barədə İrəvanda açıqlama yaydı. Həmin açıqlama Ermənistan mediasında da dərc edilərək Bakıya da çatdı”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər