“Quska”ya hökm oxundu

“Quska”ya hökm oxunduCinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunan keçmiş deputat Hüseyn Abdullayevin məhkəmə araşdırması yekunlaşıb.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Vəkillər Cavad Cavadov və Günay İsmayılova müdafiə çıxışlarında, Hüseyn Abdullayev son sözündə bəraət istəyiblər.

Azər Tağıyevin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, “Quska”ya verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb.

Hökmə əsasən, “Quska” 9 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlərin törədilməsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər