Odlar Yurdu Universitetində Xocalı soyqırımının 33-cü ildönümü tədbiri keçirilib
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Xocalı soyqırımı qurbanlarının və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə millət vəkili Samir Vəliyev, Odlar Yurdu Universitetinin prorektorları, departament və kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak ediblər.
Tədbirin əvvəlində Xocalı soyqırımını əks etdirən qısametrajlı sənədli film nümayiş olunub.
Sonra çıxış edən millət vəkili Samir Vəliyev XX əsrin sonunda baş verən bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən amansız qətliam olduğunu qeyd edib. Professor Samir Vəliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında Xocalı qurbanlarının və bütün şəhidlərimizin qisasını aldığını diqqətə çatdırıb.


Son xəbərlər
