Raqif Abbasovun məhkəməsində nazirliyin vəsatəti təmin olunmadı

Raqif Abbasovun məhkəməsində nazirliyin vəsatəti təmin olunmadıBakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə zərərçəkən qismində tanınan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Dədəkişi Vəlizadə vəsatət qaldırıb.

O, bu işdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin zərərçəkən qismində tanınmasını istəyib: "Məlumdur ki, dövlət büdcəsindən vəsait Maliyyə Nazirliyi tərəfindən müvafiq işlərin görülməsi üçün qurumlara ayrılır. Ayrılmış vəsait təminatı üzrə xərclənməyib və dövlət büdcəsinə ziyan dəyib. Bu səbəbdən də ziyan həmin nazirliyə dəymiş hesab olunur. Sizdən xahiş edirəm ki, bu işdə zərərçəkən qismində Gənclər və İdman Nazirliyi deyil, Maliyyə Nazirliyinin tanınsın".

Dövlət ittihamçısı Eldar Həmzəyev vəsatəti əsassız hesab edərək təmin edilməməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.

Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Naziriyi tanınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər