"Təmiz Evim Holdinq” vətəndaşlarımızın xidmətindədir
Azərbaycanın və dünyanın ən böyük mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə 80 min nəfərə yaxın qonağın iştirak etdiyi sammitə ev sahibliyi etməsi möhtərəm Prezidentimiz İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Biz müharibə veteranları, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru hesab edərək alqışlayırıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edərək ərazilərimizin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulmuşdur.
Məlumat üçün bildiririk ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildikdən sonra, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” devizi ilə ölkəmizin “Yaşıl enerji” zonasına çevrilməsinə və həmçinin əhalinin yoxsulluğunun aradan qaldırması ilə əlaqədar həyata keçirdiyi proqrama dəstək verərək, müharibə veteranlarının iş yerləri ilə təmin olunması məqsədi ilə müharibə veteranlarının iştirakı ilə, 18 oktyabr 2024-cü il tarixində “Təmiz Evim Holding” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişik.
Müəssisəmizin əməktaşları 2020-ci il tarixində 44 gün davam etmiş Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyev xalqa müraciəti zamanı təcrübəli döyüşçülər kimi könüllü olaraq yenidən ordu sıralarına səfərbər olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə fədakarlıqla iştirak etmiş müharibə veteranlarıdır.
Bu gün də biz müharibə veteranları “Təmiz Evim Holding” MMC-ni yaradaraq müvafiq Dövlət qurumları və QHT sektoru ilə yaxından əməkdaşlıq edərək, Dövlətimizin siyasi xəttinə uyğun olaraq vətəndaş cəmiyyətinin inkişafına, müharibə veteranlarına, əlillərinə, şəhid ailələrinə maddi və mənəvi köməklik göstərməyə çalışırıq.
Bu məqsədlədə biz aidiyyəti olan icra orqanları ilə rəsmi əməkdaşlıq edərək, Bakı şəhərində yaşayış məhəllələrində yaşayış binalarının sakinin seçdikləri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinin, şəhər və rayon Mənzil Təsərrüfat Birliklərinin, Bələdiyyələrin səlahiyyətli nümayəndələri ilə “Təmiz Evim Holding” MMC arasında bağlanmış rəsmi muqavilələr əsasında “YAŞIL ZONA” devizi altında (təmirə ehtiyacı olan yaşayış binaların bloklarının, fasadlarının təmiri və təmizlənməsi, yaşayış evlərinin bloklarının həşəratlara və xəstəliklərə qarşı dezinfeksiya olunması, mənzillərdə yaranmış elektrik və santexnik nasazlıqlarının aradan qaldırılması, yaşayış binalarının həyətlərində abadlıq, yaşıllaşdırma işlərinin görülməsi və söhbətgahların qurulması) işlərini həyata keçirmək istəyirik.
Bu işləri görməklə yanaşı əhaliyə iqlim dəyişmələrinin, uşaqların fiziki inkişafına və sağlamlığına təsirin azaltmaq, sağlam gələcək naminə yaşıl ətraf mühit və yaşıl zonalarının yaradılması, mühafizəsi, dayanıqlı təbiətin əhəmiyyəti barədə əhali arasında maarifləndirmə təbliğatları aparılmasını qarşımıza məqsəd qoymuşuq. Bu da ölkəmizdə müharibə veteranlarının işsizlik problemlərinin azalmasına kömək olaraq onların ictimai həyatda fəallıqlarına dəstək olacaqdır.
İnanırıq ki, vətəndaşlarımız Azərbaycanda “Yaşıl Baxış” devizi ilə ölkəmizin “Yaşıl enerji” zonasına çevrilməsi üçün başladığımız layihəmizə dəstək verərək öz köməkliyini əsirgəməyəcəkdir. Təbii ki, əməkdaşlıq edən hər bir kəs həm də ölkəmizin ümumi rifahına fayda vermiş olacaqdır.
Təmizlik, abadlıq, yaşıl zonalarının yaradılması, mühafizəsi və sağlamlıq “Təmiz Evim Holding”-in prioritetidir.
İsmayıl İsmayılov
“Təmiz Evim Holding” MMC-nin
İctimai əlaqələr şöbəsinin müdüri
Son xəbərlər
