Azər Allahverənov Kürdəxanı qəsəbəsində vətəndaşların qəbulunu keçirib

Azər Allahverənov Kürdəxanı qəsəbəsində vətəndaşların qəbulunu keçiribMilli Məclisin deputatı Azər Allahverənov Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında qəsəbədə yaşayan sakinlərin növbəti qəbulunu keçirib.

Qəbul zamanı Kürdəxanı sakinləri əsasən məhəllələrin abadlaşdırılması, yolların işıqlandırılması, yollarda zəruri təhlükəsizlik tədbirlərinin və qəsəbə ərazisində sosial infrastrukturun genişləndirilməsi ilə bağlı müraciətlər ediblər.

Qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb və aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən baxılması üçün zəruri prosedurlara başlanılıb.

Qəbul zamanı vətəndaşların diqqətinə çatdırılıb ki, hər bir müraciət aidiyyəti üzrə araşdırılacaq və onların həlli istiqamətində zəruri addımlar atılacaqdır.

Həmçinin qəbul zamanı sakinlərə qaldırılan məsələlərin icrası barədə mütəmadi məlumat veriləcəyi və aidiyyəti qurumlarla koordinasiyanın davam etdiriləcəyi vurğulanıb.

Deputat Azər Allahverənov Kürdəxanı sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb və cari qəbuladək həllini tapan, o cümlədən icraatda olan məsələlər barədə məlumat verib.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər